“Google Maps” şirkəti Ermənistan–Azərbaycan sərhədinin Sotk şaxtası ərazisində marşrutu Azərbaycanın xeyrinə dəyişib.
Referans xəbər verir ki, iki ölkə arasındakı Sovet sərhədi düz karxanadan keçir.
2020-ci il müharibəsindən sonra onun böyük hissəsi Azərbaycanın nəzarətindədir.
Beləliklə, Google-a görə cari sərhəd xəritədə sarı, əvvəlki isə narıncı rəngdə göstərilir.
Dəyişikliklərin dəqiq nə vaxt edildiyi məlum deyil. Lakin, böyük ehtimalla, bu, 2023-2025-ci illərdə baş verib.
Qeyd edək ki, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üçün əsas Google-un yox, SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının xəritələridir. Lakin 2020-ci il müharibəsindən sonra Azərbaycan Silahlı Qüvvələri onlayn xidmətin xəritələrini rəhbər tutaraq keçmiş sovet sərhədində öz mövqelərini yerləşdirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta