AZ

Fransanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatı

27 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının ölkəmizdəki səfiri Ann Buayonu Azərbaycandakı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib...

Poliqon xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan-Fransa münasibətləri, habelə regional və beynəlxalq məsələlər əsas müzakirə mövzuları olub.

Ceyhun Bayramov Ann Buayonun ölkəmiz üçün tarixi və əlamətdar bir dönəmdə Fransanın Azərbaycanda səfiri qismində fəaliyyət göstərdiyini bildirib. Ölkəmizdə öz diplomatik fəaliyyətini yekunlaşdıran səfirə bundan sonrakı fəaliyyətində uğurlar arzu olunub.

Azərbaycan-Fransa münasibətlərində mövcud çətinliklər və çağırışlara baxmayaraq, dialoq kanallarının açıq saxlanılmasının vacibliyi vurğulanıb.
Nazir, həmçinin qarşı tərəfi regional sülh gündəliyinin irəlilədilməsi istiqamətində atılan addımlar, o cümlədən tarixi Vaşinqton görüşünün nəticələri və təfərrüatı barədə məlumatlandırıb.
Ölkəmizin hər zaman sülh tərəfdarı olduğu və Vaşinqton görüşünün də bunu sübut etdiyi diqqətə çatdırılıb.

Vaşinqton görüşü çərçivəsində "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in mətninin paraflanması, habelə keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk qrupu və əlaqəli strukturların bağlanması ilə əlaqədar birgə müraciətin ünvanlanmasının əhəmiyyəti qeyd olunub.
Ann Buayon ölkəmizdəki diplomatik fəaliyyəti dövründə göstərilən dəstək və əməkdaşlığa görə təşəkkürünü ifadə edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Poliqon.info

Seçilən
27
31
poliqon.info

10Mənbələr