AZ

“Rüzgarında dan sökülən, üzü gülən Kəlbəcərim” - Qurban Sadıqovla MÜSAHİBƏ

Prezident İlham Əliyevin avqustun 21-də Kəlbəcərə növbəti səfərindən sonra bu dağlar diyarının tərifi dillərdən düşmür. Hamı və hər kəs bir daha gördü ki, artıq bu cənnətməkan yer təkcə Azərbaycanın və Qafqazın coğrafiyasında yox, dünya miqyasında unikal inkişaf məkanına çevrilir. Həmin gün 27 ildən çox yurd həsrəti çəkmiş ulu diyarın övladları, nəhayət, ata-baba ocaqlarına qayıdaraq, orada həyatın yeni nəfəsini hiss etdilər.

Prezident İlham Əliyev onlarla görüşündə “Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz!” – deyərək, tarixi gün – Böyük Qayıdış münasibətilə təbriklərini çatdırdı.

Həmsöhbətimz əslən bu diyardan olan, gənclik illərindən rayonun idarəetmə orqanlarında fəaliyyət göstərmiş, sonra isə uzun illərdən bəri Nazirlər Kabineti Aparatının məsul vəzifələrdə çalışan, qaçqınların və məcburi köçkünlərin məsələləri üzrə məsul şəxs olan Qurban Sadıqovdur. O vaxt işi ilə əlaqədar Kəlbəcərin bütün ərazisini, dağları, yaylaqları addım-addım gəzib, hər kənddə insanlarla yaxın ünsiyyət qurub, hər kəsin qayğısını özününkü bilib. Xeyli müddət bir yerdə çalışdığı yazıçı-publisist, fəlsəfə doktoru Akif Əli demişkən, dağları qədər vüqarlı insanların yaşadığı Kəlbəcərin füsunkar təbiəti də gənc kadrın əsl yurdsevər bir vətəndaş kimi formalaşmasına mühüm vəsilə olub. El-obanın səmimiyyəti, saflığı onun da canına-qanına hopub. Amma 1993-cü il aprelin 2-də hərbi təcavüzə məruz qalan səfalı Kəlbəcər oda bələnib işğal olununca, Murovun sərt aşırımlarına üz tutan el-obanın əzablı günlərində Qurbangilin ailəsi də isti ocağını tərk etməli olub. O özü həmin ilin iyulundan Bakıda, Azərbaycan Respublikası Nazirlər Kabinetində Qaçqınların və məcburi köçkünlərin işləri üzrə şöbədə sıravi referent kimi fəaliyyətə başlayıb və dövlət qulluğunda pillə-pillə irəliləyib.

Qurban Sadıqovla söhbətimiz azad olunduqdan sonra sürətlə dirçəldilən, cənnətə çevrilən Kəlbəcərin bugünkü növrağı barədədir.

– Sakinlərlə görüşündə cənab İlham Əliyev bu nüansa bir daha toxundu...

– Qurban müəllim, doğma yurdda azad nəfəs almaq, qayıdış iftixarını yaşamaq necə bir hissdir?

– Sözünüzü balla kəsim, hətta Prezident İlham Əliyev “Balland–Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak etdi.

– Artıq “İstisu” geniş coğrafiyada mağazalarda satılır...

– Sizin də, mənim də dostumuz olmuş sevimli şairimiz, söz sərrafı Məmməd Aslan yurd itkisi ağrısının təsiri ilə belə misralar yazmışdı:

O Kəlbəcər qayıtmaz,
Qayıtsa yüz Kəlbəcər.

Sücaət, neyləyək, baxt belə baxtdır,
Darıxma, hər şeyi həll edən vaxtdır.
Bir gün gülə-gülə qayıdacaqdır
Ağlaya-ağlaya köçən Kəlbəcər.

– Kəlbəcərin turizm imkanları da çox böyükdür…

"Xalq Qəzeti"

Seçilən
3
12
mia.az

10Mənbələr