Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp Vaşinqtonda qətldə şübhəli bilinən şəxslərə ölüm hökmü tətbiq etməyi planlaşdırdığını açıqlayıb.
Milli.Az xəbər verir ki, Ağ Evdə Nazirlər Kabinetinin iclasında çıxış edən Tramp ölüm cəzasının "profilaktik" tədbir kimi görüləcəyini bildirib:
"Əgər kimsə paytaxt Vaşinqtonda kimisə öldürərsə, biz ölüm cəzası tələb edəcəyik. Və bu, çox güclü profilaktikdir".
Vaşinqtonda qətllərin əksəriyyəti yerli qanunlara əsasən mühakimə olunur, federal ölüm cəzası isə yalnız münsiflər heyətinin razılığı ilə tətbiq oluna bilər. Bu isə sakinlərin əksəriyyətinin ölüm cəzasına qarşı olduğu şəhərdə potensial problem yaradır.
Fidan
Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.