Lilit Makunts Ermənistan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Missiya.Az xəbər verir ki, bu barədə "Hraparak" məlumat yayıb.
Bildirilib ki, digər sərəncamla Narek Mkrtçyan Ermənistanın ABŞ-dəkı yeni səfiri təyin edilib.
Qeyd edək ki, Mkrtçyan bir müddət əvvəl əmək və sosial məsələlər naziri vəzifəsində çalışıb. Onu həmin vəzifədə Arsen Torosyan əvəzləyib.
Nurlana ƏhmədovaMissiya.Az