AZ

İrəvandan müəmmalı bəyanat

ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan ölkənin İctimai televiziyasına müsahibəsində belə deyib. “Vaşinqtonda konstitusiya müzakirə olunmayıb və bizim konstitusiyamızı dəyişdirmək üçün heç bir üçüncü ölkə qarşısında öhdəliyimiz yoxdur”, - Ermənistan XİN-in rəhbəri bildirib. Bundan əvvəl Azərbaycan Qarabağa dair bəndin yer aldığı İstiqlal Bəyannaməsinə istinadın ölkə konstitusiyasından çıxarılmasından sonra Ermənistanla nəhayət sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan etmişdi. Azərbaycan rəsmiləri dəfələrlə bildiriblər ki, İrəvanla sülh müqaviləsinin imzalanması yalnız Ermənistan konstitusiyasına Azərbaycana qarşı ərazi iddialarınının ehtiva olunduğu müddəaları çıxaracaq düzəlişlər edildikdən sonra mümkündür. Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin rəsmi nümayəndəsi Elçin Əmirbəyov davamlı sülhə nail olmaq üçün bu dəyişikliklərin, eləcə də ATƏT-in Minsk qrupunun rəsmi ləğvinin zəruri şərtlər olduğunu dəfələrlə vurğulayıblar. Azərbaycanın lideri İlham Əliyev də dəfələrlə qeyd edib ki, belə düzəlişlər olmadan sülh

sazişinin bağlanması mümkün deyil. Sahil İsgəndərov

AzVision.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
azvision.az

2Mənbələr