AZ

Bakıda avtobuslarda gediş haqqı 1 manat olacaq?

Bakıda ictimai nəqliyyatda gedişhaqqının artırılması ilə bağlı məsələ gündəmin əsas mövzularından birinə çevrilib. Son həftələrdə həm sərnişinlər, həm də ekspertlər arasında bu barədə müzakirələr getdikcə güclənir.

KONKRET.az xəbər verir ki, hazırda paytaxtda metroda gedişhaqqı 50 qəpik, avtobus marşrutlarında isə məsafədən asılı olaraq 50 qəpik-1 manat arası dəyişir.

Lakin nəqliyyat xərclərinin ildən-ilə artması, texniki xidmət və ehtiyat hissələrinin bahalaşması səbəbindən yeni tariflərin müəyyənləşdirilməsi ehtimalı daha real görünür. Paytaxt sakinlərinin əksəriyyəti sosial şəbəkələrdə məsələyə narazılıqla yanaşır.

Onlar hesab edirlər ki, gedişhaqqı artırılmazdan əvvəl ictimai nəqliyyatın xidmət keyfiyyəti yaxşılaşdırılmalıdır.

Sərnişinlər xüsusilə avtobusların köhnəlməsi, sıxlıq və dayanacaqlarda intizamsızlıqdan şikayətlənirlər. Sosial şəbəkələrdə yazılan şərhlərdən birində qeyd olunur:

“Hər gün avtobusda sıxlıqdan nəfəs almaq mümkün olmur. Gedişhaqqını qaldırmaq çıxış yolu deyil, əvvəlcə şərait düzəldilməlidir”.

Nəqliyyat Nazirliyi və Tarif Şurası bu məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Lakin ekspertlər ehtimal edirlər ki, payız aylarında yeni tariflərin müzakirəsi gündəmə gətirilə bilər.

Nəqliyyat üzrə ekspert Azər Allahverdiyev Musavat.com-a açıqlamasında bildirib ki, tarif dəyişikliyi qaçılmaz ola bilər:

“İctimai nəqliyyatda sərnişin daşınmasının maya dəyəri son illərdə əhəmiyyətli dərəcədə artıb. Bu artımı əsasən yanacaq, ehtiyat hissələri və işçi qüvvəsi xərclərinin bahalaşması şərtləndirir.

Lakin nəzərə almaq lazımdır ki, qiymət artımı insanların sosial vəziyyətinə uyğun şəkildə həyata keçirilməlidir. Əks halda, sərnişinlər üçün əlavə yük olacaq”.

 

Seçilən
14
11
konkret.az

10Mənbələr