AZ

MAQATE müfəttişləri İrana geri qayıtdılar – Arakçı

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndələri Buşehr elektrik stansiyasında yanacağın dəyişdirilməsinə nəzarət etmək üçün geri qayıdıblar.

KONKRET.az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Arakçı deyib.

“Müfəttişlərin İrana girişi Məsud Pezeşkianın nəzarəti altında olan və Əli Laricaninin katibi olduğu Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənib”, – nazir bildirib.

O, İran və agentlik arasında yeni əməkdaşlıq çərçivəsinə dair sazişin heç bir mətninin konkret olaraq təsdiq olunmadığını deyib.

Seçilən
3
3
konkret.az

4Mənbələr