AZ

AFFA hansı klubları cərimələdi?

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

XəzərNews.azxəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

İclasda Misli Premyer Liqasının 2-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib. Qurumun qərarlarına əsasən, "Kəpəz” – “Karvan” oyununda “Karvan”ın heyətində 4 nömrəli futbolçu Olavale Doyeninin futbol formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edildiyi, komandaya Premyer Liqaya yeni gələn klub olduğuna görə ilk turda güzəşt olunmasına baxmayaraq analoji hal yenidən təkrarlandığı üçün “Karvan” klubu 1500 manat cərimə edilib.

“Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan”ın heyətində 4 futbolçu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” klubu 700 manat cərimələnib.

Xəbər 58 dəfə oxunub.
Seçilən
9
12
xezernews.az

10Mənbələr