AZ

Aleksey İsayev Sabah ın prezidenti barədə danışıb: Karyeramda böyük rol oynayıb

ain.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qarabağ"ın və milli komandamızın futbolçusu Aleksey İsayev Rusiya mətbuatına verdiyi geniş müsahibəsində karyerası barədə danışıb. Sportal.az xəbər verir ki, İsayev ölkəmizdə çıxış etdiyi "Sumqayıt", "Sabah", "Qarabağ" barədə fikirlərini bildirib. 

O, karyerası ərzində üzləşdiyi məqamlar və insanlarla bağlı düşüncələrini deyib. O, "Sabah"ın prezidenti Maqsud Adıgözəlov barəsində də danışıb: 

"O vaxt "Sumqayıt"dan "Qarabağ"a keçməli idim. Təəssüf ki, tətil vaxtı zədə aldım, klubsuz qalmaq təhlükəsi ilə üzləşdim. Həmin ərəfədə "Sabah" klubundan əlaqəyə çıxdılar. Klubun prezidenti Maqsud Adıgözəlovla görüşdük. Bu adam mənim karyeramda böyük rol oynayıb. Məni zədəli halda komandaya götürüb. "Sabah"a əsa ilə gəldim, əməliyyat olundum və yenidən oynamağa başladım". 

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
sportal.az

2Mənbələr