AZ

Əliyevin məktubu oxunanda Sərkisyan başını aşağı saldı...

Ermənistanın o vaxtkı prezidenti Serj Sərkisyan Avrasiya İqtisadi Birliyinin (AİB) təsis toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin məktubu oxunarkən başını aşağı salıb dinləmişdi.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Alxas Qazaryan deyib.

Deputat xatırladıb ki, Azərbaycan liderinin bəyanatını Qazaxıstanın o vaxtkı prezidenti Nursultan Nazarbayev oxuyub.

“Sərkisyanın Nazarbayevin Əliyevin məktubunu oxuyarkən başını aşağı əyərək, reaksiya vermədən dinləməsi hekayəsi...

Mənəvi-əxlaqi cəhətdən təslim olanda belə olur: başını aşağı salıb dinləyirsən və cəmi iki gün sonra partiya gəncləri ilə görüşdə verilən sualları ötəri cavablarla yola verirsən. İndi bu şəxs bu gün kapitulyasiyadan (Baş nazir Nikol Paşinyanın təslim olmasından) danışır”, - Qazaryan sosial media hesabında yazıb.

Xatırladaq ki, AİB-in 2014-cü il mayın 29-da keçirilən təsis qurultayında Ermənistanın birliyə üzvlüyü müzakirə olunanda Nursultan Nazarbayev İlham Əliyevin məsələ ilə bağlı təsisçi ölkələrin rəhbərlərinə ünvanladığı məktubu oxuyub. Azərbaycan Prezidenti məktubda Ümumdünya Ticarət Təşkilatına üzvlüyündə olduğu kimi, Ermənistanın AİB-ə qəbulunun yalnız beynəlxalq miqyasda tanınmış sərhədlərlə mümkünlüyünü vurğulayıb və bunun təsisçi dövlətlər tərəfindən nəzərə alınmasını istəyib.

Azərbaycan liderinin bəyanatı oxunarkən Serj Sərkisyanın bunu reaksiyasız və başını aşağı salaraq dinləməsi o zaman Ermənistanda müzakirə mövzusuna çevrilmişdi.

Seçilən
13
9
axar.az

10Mənbələr