Futbol üzrə İtaliya milli komandasının heyətində Avropa çempionu olmuş Alessandro Florensi 34 yaşında karyerasını başa vurub.
Arena.az xəbər verir ki, təcrübəli futbolçu “Milan”dan ayrılaraq karyerasını bitirdiyini elan edib.
İtaliyalı müdafiəçi 2021-ci ildən Milan təmsilçisində çıxış edirdi. O, bu müddət ərzində meydana çıxdığı 77 matçda, 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
“Roma”nın yetirməsi olan Alessandro Florensi karyerasının böyük hissəsini məhz (2010-2022) bu klubda keçirib. O, həmçinin PSJ (Fransa), “Valensiya” (İspaniya) və İtaliyanın digər klubu “Krotone”də də çıxış edib. Universallığı ilə tanınmış Florensinin çıxış etdiyi klublardakı ümumi statistikası belədir:
“Roma” – 280 oyun (28 qol, 32 assist)
“Milan” – 77 oyun (3 qol, 7 assist)
“Krotone” – 37 oyun (11 qol, 3 assist)
PSJ – 36 oyun (2 qol, 1 assist)
“Valensiya” – 14 oyun
Florensi “Milan”ın heyətində İtaliya çempionu olub. PSJ ilə Fransa Kubokunu və Fransa Super Kubokunu qazanmış italiyalı futbolçu ölkəsinin millisi ilə də 2021-ci ildə Avropa çempionu adını qazanıb.