AZ

AQTA sədri Hacıqabulda vətəndaşları qəbul edəcək

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli sentyabrın 19-u saat 10:00-da Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Şirvan şəhəri və Hacıqabul, Salyan, Neftçala rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

XQ xəbər verir ki, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq sentyabrın 18-dək qəbula yazıla bilərlər.

Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.

Seçilən
6
6
xalqqazeti.az

10Mənbələr