AZ

Almaniya yeni hərbi xidmət modeli haqqında qanun layihəsiniqəbul edib

Almaniya hökuməti ölkədə hərbi xidmətin yeni modeli haqqında qanun layihəsini qəbul edib.

Redaktor.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Qanun layihəsi Almaniyada İsveç modeli əsasında könüllü xidmətin yaradılmasını təklif edir. İsveçdə  bütün məktəb məzunları tibbi müayinədən keçirlər, lakin onlardan yalnız bəziləri həqiqi xidmətə göndərilir. Sənəddə həmçinin 18-25 yaşlı kişilər üçün çağırışçıların təkrar müayinədən keçirilməsi və xidmətə hazırlıq haqqında arayışın doldurulması kimi məcburi tələblər var. Qadınlar könüllü olaraq xidmətə cəlb oluna bilərlər.

Hökumət hərbi xidməti daha cəlbedici etmək istəyir. Maaşların artırılması, sürücülük vəsiqəsi almaq kimi xidmətlərin ödənilməsi, peşəkar yüksəliş və təkmilləşmə imkanlarının genişləndirilməsi, dil kurslarına və idman obyektlərinə çıxış imkanlarının yaxşılaşdırılması planlaşdırılır. Xidməti davam etdirmək qərarına gələnlər əlavə ödənişlər almaq hüququ qazanacaqlar.

Qanun layihəsində həmçinin təhlükəsizlik pisləşərsə və ya ölkəni müdafiə etmək və NATO missiyalarını yerinə yetirmək üçün könüllülərin çatışmazlığı yaranarsa, ümumi hərbi çağırışın hansı şərtlərlə bərpa oluna biləcəyini də müəyyən edir.

Aminə Şahsuvarqızı

Seçilən
2
1
redaktor.az

2Mənbələr