AZ

Qeyri-tibb müəssisələrində yoxlamalar yalnız şikayət və ya araşdırma əsasında aparılır - Analitik Ekspertiza Mərkəzi

Bakı. Trend:

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən özəl tibbmüəssisəsi kimi dövlət qeydiyyatına alınmış və lisenziya verilmişmüəssisələrdə vaxtaşırı plan üzrə yoxlamalar keçirilir.

Trendxəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi AnalitikEkspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənovasəsləndirib.

Onun sözlərinə görə, AEM yalnız dövlət reyestrində qeydiyyataalınmış və lisenziya verilmiş özəl tibb müəssisələrində vaxtaşırıplanlı yoxlamalar keçirir:

“Əgər hər hansı kosmetoloji salon və ya qeyri-tibb müəssisəsindətibbi fəaliyyət göstərildiyi məlum olarsa, bu zaman yoxlama yalnızvətəndaş şikayəti, media müraciəti və ya dövlət orqanlarınınaraşdırması (sənədlərlə təsdiqlənmiş) əsasında aparıla bilər”.

T.Həsənova qeyd edib ki, belə hallarda plandankənar yoxlamanınkeçirilməsi üçün əvvəlcə Ədliyyə Nazirliyinə müraciət edilir vəyalnız rəsmi çıxarış alındıqdan sonra yoxlama aparılır:

“Yoxlama Ədliyyə Nazirliyinin reyestrində qeyd olunan tarixlərdəvə adları sistemə daxil edilmiş AEM əməkdaşları tərəfindənaparılır. Müəssisə yoxlamanın keçiriləcəyi barədə reyestrdənməlumat əldə edir.

Yoxlama nəticəsində qanunsuz tibbi fəaliyyət təsdiqlənərsə:
* Fiziki şəxslərə 2 000 – 3 000 manat,
* Vəzifəli şəxslərə 5 000 – 10 000 manat,
* Hüquqi şəxslərə isə 20 000 – 30 000 manat cərimə nəzərdətutulur.

Cərimənin tətbiqi barədə protokol məhkəməyə göndərilir və yalnızməhkəmənin qərarından sonra qüvvəyə minir”.

T.Həsənova sonda qeyd edib ki, əgər həmin pozuntu təkrarolunarsa, müəssisə yenidən cərimələnir və qanunsuz fəaliyyətindayandırılması barədə bildiriş göndərilir. Bundan sonra məsələartıq hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlarayönləndirilir:

“İnsan sağlamlığına zərər dəyməsi faktı aşkarlandıqda isə məsələcinayət işi kimi prokurorluqda araşdırılır”.

Məqalədə:
Seçilən
7
1
az.trend.az

2Mənbələr