Azərbaycanda yeni yaradılmış “AZINCLOUD” – ictimai bulud platforması istifadəçilərə etibarlı və çevik bulud həlləri təqdim edir.
Böyükhəcmli və mürəkkəb məlumatların idarə olunması, emalı və təhlükəsiz saxlanılması müasir dövrdə bizneslərin qarşısında dayanan əsas çağırışlardan biridir.
"Cebheinfo.az" xəbər verir ki, məlumat itkisi isə şirkətləri ciddi maliyyə riskləri ilə üz-üzə qoya bilər. Məhz bu ehtiyacları qarşılamaq üçün yaradılan azincloud.az saytında istifadəçilərə etibarlı və çevik bulud həlləri təqdim edilir.
Artıq bir neçə aydır ki, istifadədə olan platforma vasitəsilə kiçik və orta bizneslər, eləcə də fərdi istifadəçilər məlumatlarını virtual serverlərdə yerləşdirərək daha təhlükəsiz mühitdə saxlaya bilirlər. "AZINCLOUD” platformasının əsas üstünlükləri:
Xidmətlərdən yararlanmaq üçün istifadəçilər platformanın əsas səhifəsində “Giriş” bölməsinə keçid edərək qeydiyyatdan keçə və özlərinə uyğun xidmətləri seçə bilərlər.
“AZINCLOUD” haqqında
Azərbaycanın ilk ictimai bulud platforması olan “AZINCLOUD” AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yardılıb. Platforma üzərindən müasir alətlərlə təchiz olunmuş “bulud” xidmətləri təqdim edilir. “İstifadə etdiyin qədər ödə” modeli ilə fəaliyyət göstərən azincloud.az istifadəçilər üçün 24/7 əlçatandır. Sadəcə veb-sayta daxil olub qeydiyyatdan keçməklə bir neçə dəqiqə ərzində “bulud” infrastrukturunu formalaşdırmaq mümkündür.
“AzInCloud” platformasının əsas məqsədi biznes mühitində rəqəmsal transformasiyanı təşviq etmək, Azərbaycanda bizneslərin və fərdlərin rəqəmsallaşmadakı rolunu artırmaqdır.
"Cebheinfo.az"