AZ

""Qarabağ" bu gün meydanda böyük fədakarlıq göstərərək qalib gələcək" -Fazil Mustafa

""Qarabağ" bu gün də meydanda böyük fədakarlıq göstərərək qalib gələcək. Əlbəttə, bu oyuna ümidim böyükdür. Çünki belə taktiki nizam-intizamla oynayan komandalar çox azdır. Mən tam məsuliyyətlə deyə bilərəm ki, hazırda "Qarabağ" oyun üslubuna görə Türkiyənin aparıcı klubları – "Qalatasaray", "Beşiktaş" və digərlərindən daha sistemli, daha möhkəm, hədəfini dəqiq bilən və meydançada necə davranacağını aydın şəkildə ortaya qoyan bir komandadır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Qarabağ" - "Ferentsvaroş" matçından danışarkən bildirdi.

"Güclənən "Qarabağ"ı məğlub etmək heç də asan olmayacaq. Komandamızın güclü kollektiv oyunu, intizamı və məqsədyönlü yanaşması daim nəticə verib, bu gün də verəcək. Mən əminəm ki, "Qarabağ" həmin iradə və əzmkarlıqla çıxış edəcək, bizi sevindirəcək. "Qarabağ" təkcə klub deyil, həm də milli qürur rəmzidir. Buna görə də inanırıq ki, bu görüşdə də komandamız adını bir daha tarixə yazacaq",- deyə millət vəkili yekunlaşdırdı.

Xədicə BAXIŞLI
 

Seçilən
2
redaktor.az

1Mənbələr