AZ

İlham Əliyevlə Putinin görüşünə dair Kremldən rəsmi açıqlama

ain.az, Olke.az portalına istinadən məlumat yayır.

Hazırda Kreml Vladimir Putinin Çinə səfəri zamanı, xüsusən də ŞƏT sammiti çərçivəsində baş tutacaq ikitərəfli görüşlərin cədvəlini hazırlayır. 

Ölkə.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. 

O qeyd edib ki, ŞƏT sammitində iştirakını da təsdiqləyən İlham Əliyevlə mümkün görüş bu işlər başa çatdıqdan sonra müzakirə oluna bilər.

“Bu, yekunlaşdıqdan sonra sizə məlumat verəcəyik”, - Peskov  bildirib. 

MK.ru yazır ki, ötən ildən Azərbaycan aviaşirkətlərinə məxsus təyyarənin qəzaya uğramasından sonra İlham Əliyevlə Vladimir Putin arasında görüşün Çində baş tuta biləcəyinə işarələr var. Sergey Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında aparılan danışıqlar, eləcə də Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının uğurlu iclası bunu deməyə əsas verir. 

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
olke.az

2Mənbələr