AZ

İlham Əliyev Pezeşkiyan haqqında: “Mənim kimi eyni qanı daşıyır”


Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində İranla münasibətlərdən danışıb.
Yeniavaz.com
xəbər verir ki, dövlət başçısı jurnalistin bu mövzuda suallarını belə cavablayıb:
Müxbir: Cənab Prezident, Siz Zəngəzurun vacibliyi haqqında danışdınız. Həmin imzalanmadan sonra iki tərəf var - Rusiya və İran. Mən İrandan başlayım. Bildiyim qədər, İran Prezidenti Azərbaycana səfər edib. Onun kökləri azərbaycanlılarla bağlıdır. O, burada Azərbaycan dilində danışırdı. Hazırkı geosiyasi dəyişikliklərdən sonra Azərbaycan ilə İran arasında münasibətləri necə görürsünüz?
Prezident İlham Əliyev: Bəli, haqlısınız. İran Prezidenti Azərbaycana səfər edib, əslində, iki dəfə səfər edib. Birincisi, rəsmi səfər idi, ikincisi isə Xankəndi şəhərində, azad edilmiş Qarabağda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə qatıldı. Biz onunla çox yaxşı işgüzar münasibətlər qurmuşuq.
Bəli, siz tamamilə haqlısınız, o, azərbaycanlıdır. O, mənim kimi eyni qanı daşıyır. Biz eyni dildə danışırıq. Tərcüməçiyə ehtiyacımız yoxdur. O, ictimai tədbirlərin birində Azərbaycan poeziyası ilə bağlı biliklərini nümayiş etdirdi və heç bir qeydə ehtiyacı yox idi. Çox istedadlı insandır.
Müxbir: Buna görə də maraqlıdır.
Prezident İlham Əliyev: Bu, həqiqətən də yaxşı fürsətdir. Düşünürəm ki, bizim şəxsi münasibətlərimiz və onun administrasiyası ilə mənim administrasiyam arasında münasibətlər çox konstruktiv, çox mehribandır. İranın yeni hadisələrlə bağlı rəsmi mövqeyinə gəlincə, biz bunu çox əsaslı və çox müsbət hesab edirik. Mən rəsmi mövqe deyəndə Prezidentin, xarici işlər nazirinin mövqeyini nəzərdə tuturam. Bu, rəsmi mövqe hesab olunur.
Müxbir: Digərlərinin mövqeyi necə?
Prezident İlham Əliyev: Biz siyasətimizi İran xalqı tərəfindən seçilən və öz vəzifəsini yerinə yetirmək səlahiyyətinə malik olan, yəni, Prezident kimi siyasətçilərə əsasən qururuq. Hazırda müşavir kimi adlandırılan bəzi keçmiş rəsmilər tərəfindən müəyyən fikirlər səsləndirilmişdir. Nə məsləhətlər verirlər, bilmirəm. Dərhal reaksiya oldu...
Müxbir: Siz rəhbərin müşavirini və digərləri nəzərdə tutursunuz?
Prezident İlham Əliyev:
Seçilən
15
11
yeniavaz.com

10Mənbələr