Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı, 27 avqust, AZƏRTAC
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC qurumun rəsmi saytına istinadla xəbər verir ki, iclasda Misli Premyer Liqasının II turunda qeydə alınan qayda pozuntuları müzakirə olunaraq hüquqi qiymət verilib. “Kəpəz” – “Karvan-Yevlax” oyununda Yevlax klubunun futbolçusu Olavale Doyeninin formasında adının yazılışında Azərbaycan əlifbasında mövcud olmayan hərfdən istifadə edildiyi müəyyənləşdirilib. Premyer Liqaya yeni qatılan klub olduğu üçün ilk turda bu qayda pozuntusuna görə güzəşt olunmasına baxmayaraq, analoji halın təkrarlanması səbəbindən “Karvan-Yevlax” 1500 manat cərimə olunub.
Bundan başqa, “Turan Tovuz”la görüşdə “Araz-Naxçıvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə Naxçıvan klubu 700 manat məbləğində cəzalandırılıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.