Bakı, 27 avqust, AZƏRTAC
Avqustun 29-u saat 11:00-da AFFA-da Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında yığmanın DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Reykyavikdə İslandiya seçməsi və sentyabrın 9-da Bakıda Ukrayna seçməsi ilə oyunlar üçün heyəti açıqlanacaq.