AZ

Kreml avropalı hərbçilərin Ukraynada yerləşdirilməsinin əleyhinədir

Kreml avropalı hərbçilərin Ukraynada yerləşdirilməsi ehtimalına mənfi yanaşır.

Herbiand.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“Avropa hərbçiləri kimi ümumi anlayış yoxdur, mövcud olan konkret ölkələrin hərbçiləridir və bu ölkələrin çoxu NATO üzvüdür. NATO-nun hərbi infrastrukturunun irəliləməsi həmin münaqişə vəziyyətinin əsas səbəblərindən biridir. Buna görə də biz bu cür müzakirələrə mənfi yanaşırıq”, - deyə Peskov qeyd edib.[APA]

Seçilən
15
3
herbiand.az

4Mənbələr