AZ

İran saytı: “Dəhlizdən yalnız Azərbaycan və Türkiyə qazanacaq”

“Türkiyə ilə Naxçıvanı birləşdirən dəmir yolunun tikintisinə başlanılması ABŞ, Azərbaycan və Ermənistan arasında imzalanan üçtərəfli bəyannamənin iqtisadi nəticəsi kimi qiymətləndirilir”.

Tribunbainfo.az bildirir ki, bu sözlər İranın “Hamshahri Online” saytında dərc edilmiş məqlədəndir.

Nəşr yazır ki, bu dəhlizdən əsas faydalananlar Türkiyə və Azərbaycan olacaq. “Rusiya ziddiyyətli mövqe sərgiləyir. Rusiya XİN əvvəlcə sazişi “mühüm addım” kimi alqışlasa da, ABŞ-nin bölgədəki artan iştirakını tənqid və sərhədlərinə yaxın “xarici müdaxilələrə” qarşı xəbərdarlıq edib”.

Sayt vurğulayıb ki, İran da bu prosesdə diqqət mərkəzindədir. “Tehran Ermənistanla olan iqtisadi əlaqələrinin, o cümlədən elektrik və qaz ticarətinin pozulacağına dair narahatlığını ifadə edib”.

Fərda Uğur

Seçilən
2
1
tribunainfo.az

2Mənbələr