AZ

Bakı şəhərində tikinti işlərinin 86,6%-i yenidənqurma və bərpa üzrədir

Bu ilin yanvar-iyun aylarında Bakı şəhərində tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 86,6%-i inşaat, yenidənqurma və bərpa, 6,6%-i əsaslı təmir, 3,5%-i cari təmir, 3,3%-i isə sair tikinti işlərindən ibarət olub.

Finss.az-ın Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, ümumi inşaat işlərinin 91,4%-i qeyri-dövlət tikinti müəssisələri tərəfindən yerinə yetirilib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında ölkə üzrə tikinti müəssisələri (fərdi sahibkarlar nəzərə alınmaqla) tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 82,8%-i inşaat, yenidənqurma və bərpa, 8,0%-i əsaslı təmir, 5,4%-i cari təmir, 3,8%-i isə sair tikinti işləri təşkil edib. Ümumilikdə, ümumi inşaat işlərinin 88,6%-i qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri tərəfindən yerinə yetirilib.

Fuad Mədətov
Finss.az

Seçilən
1
fins.az

1Mənbələr