AZ

Xankəndidə işəgötürənlərlə görüş keçirilib (FOTO)

Xankəndi. Trend:

Prezidentin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrəxüsusi nümayəndəliyinin və Dövlət Məşğulluq Agentliyinin QarabağRegional Məşğulluq Filialının birgə təşkilatçılığı ilə Xankəndişəhərində işəgötürənlərlə görüş təşkil olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikintivə İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilənməlumata görə, tədbirdə Xankəndi, Ağdərə və Xocalıda fəaliyyətgöstərən sahibkarlar da iştirak ediblər.

Görüşün əsas məqsədi regionda məşğulluq imkanlarınınartırılması, əhalinin işlə təmin olunması və sahibkarlarlaəməkdaşlığın gücləndirilməsi olub.

Çıxış edənlər Dövlət Məşğulluq Agentliyinin fəaliyyətistiqamətləri, məşğulluq sahəsində həyata keçirilən proqramlar vəvətəndaşların işlə təminatına dəstək mexanizmləri barədə ətraflıməlumat veriblər.

Müzakirələr zamanı “Böyük Qayıdış” Proqramı çərçivəsində daimiməskunlaşması təmin edilən keçmiş məcburi köçkünlərin məşğulluqməsələləri geniş şəkildə nəzərdən keçirilib. Vurğulanıb ki,sakinlərin sosial rifahının yaxşılaşdırılması və onların iqtisadifəallığının artırılması dövlət siyasətinin prioritetistiqamətlərindən biridir.

Sahibkarlarla aparılan müzakirələrdə yeni iş yerlərininyaradılması, peşə hazırlığı və kadr potensialının inkişafı iləbağlı təkliflər diqqətə çatdırılıb.

Qeyd olunub ki, Xankəndi şəhərində, Ağdərə və Xocalırayonlarında sahibkarlıq üçün geniş imkanlar mövcuddur və işadamlarına dövlət tərəfindən hərtərəfli dəstək göstərilir.Görüşdəəməkdaşlığın gücləndirilməsi istiqamətində bir sıra məsələlər dərazılaşdırılıb.

Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Məqalədə:
Seçilən
16
7
az.trend.az

8Mənbələr