AZ

Vahid Əhmədovdan FHN-ə sərt ittiham: “Çoxdan sökməli idi”

““Sədərək” ticarət mərkəzində daim yanğınlar, daşqınlar və digər fövqəladə hallar baş verəcək. Çünki bu məkan – bəzəkli çadırlarla, faner arakəsmələrlə, qarışıq və nizamsız elektrik xətləri ilə tikilmiş, kustar üsulla qurulmuş böyük bir bazardır”.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin sabiq deputatı, iqtisadçı-ekspert Vahid Əhmədov Haqqin.az-a bildirib.

O, Fövqəladə Hallar Nazirliyini də ittiham edib: Sezar pizza

“Bu, Fövqəladə Hallar Nazirliyinin işindəki boşluqların və ticarət obyektlərinin sahiblərinin yanğına qarşı təhlükəsizlik qaydalarına əməl etməməsinin nəticəsidir. Niyə hər dəfə “Sədərək”də mühafizə xidməti və personal alovu vaxtında lokallaşdıra bilmir? Əlbəttə ki, burada siqnalizasiya sisteminin, yanğınsöndürən balonların, hidrantların və digər təhlükəsizlik vasitələrinin yoxlanması məsələsində məsuliyyətli şəxslər olmalı idi. Ticarət mərkəzinin rəhbərliyi FHN müfəttişlərini mütəmadi olaraq dəvət edib, yanğın təhlükəsizliyi sistemini yoxlatmalı idi”.

Xatırladaq ki, avqustun 24-də “Sədərək”də anbarda baş verən güclü yanğın nəticəsində 13 nəfər xəsarət alıb, sahibkarlara təxminən 1 milyon manat zərər dəyib.

Vahid Əhmədov əlavə edib ki, “Sədərək” ticarət mərkəzinin mövcud forması “keçmiş SSRİ dövründən miras qalmış bir bazar anarxiyasıdır”.

Seçilən
15
8
demokrat.az

9Mənbələr