AZ

Qazaxıstan neft tədarükünün Azərbaycan vasitəsilə bərpasını nəzərdən keçirir

Bakı. Trend:

Qazaxıstanın “KazMunayQaz” milli şirkəti bu ölkənin neftininBakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlinin bərpasına dairAzərbaycan tərəfi ilə danışıqlar aparır.

TrendQazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə ölkəninenergetika naziri Erlan Akkenjenov məlumat verib.

Nazir bildirib: “Bilirəm ki, "KazMunayQaz" hazırda bu marşrutüzrə tədarükün mümkün qədər tez bərpası ilə bağlı danışıqlaraparır. Planlara gəlincə, burada hesablamalar aparılmalıdır.

Ümumiyyətlə, bu kəmərin ötürücülük qabiliyyəti çox yüksəkdir.Hazırda boru xətti ilə 25 milyon ton neft vurulur, lakin onun gücüiki dəfə artıqdır. Ona görə də planların yerinə yetirilməsi üçünhəmişə imkan var, boru kəmərinin gücü kifayət qədərdir”.

Seçilən
8
4
az.trend.az

5Mənbələr