Ajans.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və idarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, sakinlərin elektron müraciətləri əsasında Kənd Təsərrüfatı Nazirliyi maarifləndirici təlimlər keçirib, onlara səmərəli təsərrüfatçılıq üçün tövsiyələr verilib: "Təlimlərdə yüksək nəticə göstərən 104 nəfərə sertifikat təqdim olunub. Ballıca kəndində keçirilən tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin Xankəndi, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak edib. Ballıca və Xanyurdu kəndlərində ümumilikdə 552 hektar əkinə yararlı torpaq sahəsi ayrılıb. Bu torpaqlar mərhələlərlə, hər ailəyə 5 hektar olmaqla, sakinlərin istifadəsinə veriləcək". Məlumata əsasən, bu günədək 123 Ballıca kənd sakini Kənd Təsərrüfatı Nazirliyinə elektron müraciət edib. "Uzun illər həsrətindən sonra torpaqlarına qayıdan sakinlər artıq öz zəhmətləri ilə doğma yurdlarını daha da gözəlləşdirəcək, kənd təsərrüfatını inkişaf etdirərək bölgənin iqtisadi həyatına yeni nəfəs verəcəklər. Qeyd edək ki, bu günədək 123 Ballıca kənd sakini Kənd Təsərrüfatı Nazirliyinə elektron müraciət edib".