Finss.az xəbər verir ki, neft qiymətləri əvvəlki sessiyada demək olar ki, üç həftənin ən yüksək səviyyəsinə qalxdıqdan sonra çərşənbə axşamı səhər ucuzlaşır.
Bakı vaxtı ilə saat 14:11-də Brent markalı oktyabr fyuçersləri Londonun ICE Futures birjasında 0,29 dollar (0,42%) ucuzlaşaraq bir barel üçün 68,51 dollar olub. Bazar ertəsi Brent 1,07 dollar (1,58%) bahalaşaraq 68,80 dollar/barelə çatıb.
Bu vaxta qədər WTI markalı neftin oktyabr fyuçersləri Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron hərraclarda 0,33 dollar (0,51%) ucuzlaşaraq bir barelə görə 64,47 dollar təşkil edib. Əvvəlki sessiyada müqavilə 1,14 dollar (1,79%) artaraq 64,80 dollar/barel olub.
Bazar iştirakçıları Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar ətrafında vəziyyəti izləməkdə davam edirlər.
ABŞ prezidenti Donald Tramp vəziyyəti bir-iki həftəyə dəyərləndirəcəyini bildirib. O vurğulayıb ki, münaqişə tərəfləri onun sülh yolu ilə həllində irəliləyiş göstərməsələr və sammit keçirməsələr, ciddi addımlar ata bilər.
“Çox ciddi nəticələr ola bilər, amma nə olacağını görəcəyik”, o, Ağ Evdə jurnalistlərə deyib.
Bundan əvvəl Tramp Hindistanın Rusiya neftini almağa davam etməsi səbəbindən Hindistandan idxala əlavə rüsumlar tətbiq edəcəyini açıqlamışdı. Tariflərin çərşənbə günü qüvvəyə minəcəyi gözlənilir.