Ağdam şəhərində tullantı su təmizləmə qurğusu tikiləcək.
Bakues.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” bu istiqamətdə işlərə başlayıb.
Layihənin dəyərinin 53 290 298,60 manat olacağı nəzərdə tutulub.
Tikinti işləri Ağdam şəhərinin magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədləri əsasında həyata keçiriləcək.