AZ

AZAL-a bilet qaytararkən 30-50 faiz cərimə ödəməli olduğunuzu bilirdinizmi?

AZAL-a bilet qaytararkən 30-50 faiz cərimə ödəməli olduğunuzu bilirdinizmi?

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bilet qaytarılması zamanı yaranan daha bir suala aydınlıq gətirib.

Belə ki, AFN.az bilet qaytarılması zamanı problemlə qarşılaşan müştərinin şikayətini ictimailəşdirdikdən sonra başqa bir məsələ gündəmə gəlib. Jurnalist Elvin Məhərrəmli Bakı-Naxçıvan istiqaməti üzrə aldığı bileti qaytararkən bilet pulundan 30 faiz cərimə çıxıldığını deyib. Onun sözlərinə görə, əvvəllər bu məqsədlə tutulan cərimə 10 faiz olub:

"Mənim 25 avqust gecə saat 00:00 reysinə Naxçıvandan Bakıya 3 biletim var idi. 20 avqust gecə 12-yə 5 dəqiqə qalmış yazdım ki, biletləri geri qaytarıram. Yazdılar ki, 5 gündən qabaq qaytarılma və dəyişilmə pulsuzdu. 5 gündən 24 saata qədər 30 faiz cərimə, həmin gün isə qaytarılma yoxdu. Bu, mənim üçün yenilik idi. Mən cərimənin qalxması ilə bağlı heç yerdə məlumata rast gəlməmişəm. AZAL bu barədə heç bir məlumatlandırıcı material paylaşmayıb. Uzun illərdir istifadə etdiyimiz xidmətdir və hər zaman uçuşdan əvvəl, hətta uçuş günü qaytaranda 10 faiz cərimə edilirdik. Ona görə də mən bilet alanda yenidən açıb baxmamışdım qaydalara. 2 azyaşlı övladım və həyat yoldaşımın bileti 160 manat edirdi, mənə 30 faiz cərimə tutulmaqla 112 manat qaytardılar. Əvvəllər isə hətta uçuşdan sonra da qaytarma vardı, səhv etmirəmsə, 25 faiz idi cəriməsi. Yəni yeni qaydalar tam vətəndaşları soymağa yönəlib".

AZAL-dan redaksiyamıza bildirildi ki, 11.06.2025-ci il tarixindən etibarən ölkədaxili sərnişin daşımalarında biletin qaytarılması və ya uçuş tarixinin dəyişdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 19 fevral tarixli 30 nömrəli Qərarı ilə müəyyən edilmiş cərimələr tətbiq edilməklə həyata keçirilir. Həmin qaydalara əsasən, ölkədaxili sərnişin daşımalarında sərnişin tərəfindən daşınmadan könüllü imtina edildiyi halda biletin dəyərinin qaytarılması aşağıdakı şərtlərlə həyata keçirilir:

1.1. Uçuş vaxtından azı 5 (beş) gün əvvələ qədər – sərnişin biletinin dəyəri tam həcmdə geri ödənilir (bilet satışı ilə bağlı xərclər istisna olmaqla);1.2. 1.1-ci bənddə qeyd edilən hal istisna olmaqla, uçuş vaxtından azı 24 (iyirmi dörd) saat əvvələ qədər – 30% cərimə ilə geri ödənilir;1.3. Uçuş vaxtından əvvəlki 24 (iyirmi dörd) saat ərzində – 50% cərimə ilə geri ödənilir;1.4. Uçuş vaxtından sonra – sərnişin biletinin dəyəri geri qaytarılmır.

Qaydalarla daha ətraflı BURADAN tanış ola bilərsiniz.

Seçilən
25
afn.az

1Mənbələr