AZ

Ballıca kəndində məcburi köçkünlərə torpaq icarəsi və təsərrüfat dəstəyi verilir

Qarabağ bölgəsinə qayıdan keçmiş məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi məqsədilə Xocalı rayonunun Ballıca kəndində əkin təyinatlı torpaq sahələrinin icarəyə verilməsinə başlanılıb. Bu barədə Xankəndi, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti məlumat yayıb.

Rəsmi məlumata görə, kənd sakinlərinə hər ailəyə 5 hektar olmaqla torpaq sahələrinin mərhələli şəkildə ayrılması nəzərdə tutulub. Ballıca və qonşu Xanyurdu kəndlərində ümumilikdə 552 hektar əkinəyararlı torpaq sahəsi ayrılıb.

Təsərrüfat fəaliyyətinə hazırlıq çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd sakinlərinə maarifləndirici təlimlər keçirilib. Elektron müraciət əsasında təşkil olunan bu təlimlərdə 104 iştirakçı sertifikatla təltif olunub. Nazirlik təlim iştirakçılarına səmərəli təsərrüfatçılıq və torpaq istifadəsi ilə bağlı tövsiyələr verib.

Ballıca kəndində təşkil olunan tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri – Prezidentin Xankəndi, Ağdərə və Xocalı üzrə xüsusi nümayəndəliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bərpa Xidməti iştirak edib.

Hazırkı mərhələdə kəndin 123 sakini elektron qaydada müraciət edib. Rəsmi orqanların bildirdiyinə görə, bu tədbirlər keçmiş məcburi köçkünlərin dayanıqlı şəkildə məskunlaşması və yerli iqtisadi aktivliyin artırılması məqsədi daşıyır.

Ağdam 2020-ci ilin noyabrında işğaldan azad edilib. İkinci Qarabağ Müharibəsində ən çox zərər çəkmiş rayondur. Müharibəyə qədər Ağdamda 143 min insan yaşayıb.

Qarabağa Qayıdış Proqramı çərçivəsində 2026-ci ilə qədər Xocaıya əhalinin köçürülməsi nəzərdə tutulub. 
 
İkinci Qarabağ Müharibəsindən sonra 9306 nəfər olmaqla 2400 ailə işğaldan azad olmuş ərazilərə köçürülüb.

Gülnar 

Seçilən
18
anews.az

1Mənbələr