AZ

İsrail HƏMAS a qarşı əməliyyat keçirib külli miqdarda...

Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İsrail təhlükəsizlik qüvvələri Qərb sahilində HƏMAS-a qarşı keçirilən xüsusi əməliyyat nəticəsində təxminən 1,5 milyon şekel (447 min dollar) müsadirə ediblər.

Bu barədə Bakıvaxtı.az “Times of Israel”ə istinadən məlumat verir.

Xüsusi əməliyyatın hədəfi HƏMAS qruplaşmasına vəsaitin köçürülməsi üçün istifadə olunan Ramallahın mərkəzindəki valyuta mübadiləsi məntəqəsi olub.

"Əməliyyat nəticəsində həm xarici, həm də yerli valyutada külli miqdarda – ümumilikdə 1 528 832 şekel müsadirə edilib", - məlumatda qeyd olunub.

Həmçinin terror fəaliyyətində iştirakda ittiham olunan doqquz nəfərin həbs edildiyi bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
5
bakivaxti.az

7Mənbələr