AZ

“Kayrat” və “Pafos” “Qarabağ”ı da sevindirib

“Qarabağ” bu gün “Ferentsvaroş” səddini aşarsa, Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanacaq.

KONKRET.az offsideplus.az-a istinadən xəbər verir ki, üstəlik Ağdam klubu əlavə 640 min avro da qazanacaq. Buna səbəb “Pafos” və “Kayrat”ın əsas mərhələyə vəsiqə əldə etməyidir. Onların rəqibləri “Srvena Zvezda” və “Seltik” mərhələni keçsəydi, bu baş verməyəcəkdi.

Hər iki klub (“Pafos” və “Kayrat”) reytinqdə “Qarabağ”dan aşağıda olduğu üçün UEFA-nın qaydalarına görə Ağdam təmsilçisi bu məbləği əldə edəcək.

Qeyd edək ki, “Qarabağ” – “Ferentsvaroş” cavab matçı bu gün Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. “Köhlən atlar” ilk oyunda rəqibini 3:1 hesabı ilə məğlub edib.

Seçilən
9
2
konkret.az

3Mənbələr