AZ

ABŞ-də konqresmenliyə namizəd Qurani-Kərimi yandırdı - VİDEO

Texas ştatı üzrə Respublikaçılar Partiyasından Konqres namizədi Valentina Qomez alov qurğusu ilə Qurani-Kərimi yandıraraq müsəlman dünyasında böyük qəzəb və etiraz yaradıb.

Milli.Az xəbər verir ki, hadisəylə bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Videoda Qomez Quranı yandırıb və "Texasda İslama son verəcəyəm" deyə ifadələr səsləndirib. 

Siyasətçi müsəlmanları xristian ölkələrini zorakılıqla təhdid etməkdə günahlandırıb və öz məqsədinə çatmaq üçün tərəfdarlarını ona qalib gəlməyə kömək etməyə çağırıb.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az

Seçilən
43
50
milli.az

10Mənbələr