Bakı, 27 avqust, AZƏRTAC
Türk Dövlətləri Təşkilatı hazırda böyük potensiala malikdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” kanalına müsahibəsində bildirib.
Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan daim bu qurumu gücləndirməyə sadiq olub. Bu, bir növ məşvərətçi qrup, şura, ölkələr qrupu kimi fəaliyyətə başlayıb, sonra isə transformasiya edib. O, böyük potensiala malikdir”.