AZ

Rəqəmsal cihazları yeni tədris ilinə necə hazırlamalı: təhlükəsizlik mütəxəssislərindən tövsiyələr

ain.az bildirir, Bizimyol portalına istinadən.

Dərs ilinin başlanğıcı uşaqların və valideynlərin məktəb ləvazimatları aldıqları, cədvəllərini yenilədikləri və yeni çağırışlara hazırlaşdıqları bir vaxtdır. Bununla belə, görülməli işlər siyahısına rəqəmsal təhlükəsizlik də daxil edilməlidir: uşaqların smartfonları, planşetləri və noutbukları onların əsas tədris köməkçilərinə çevrilir və bu da onları xüsusilə diqqətdə saxlamağı zəruriləşdirir.

Bizimyol.info xəbər verir ki, Kaspersky mütəxəssisləri dərslər başlamazdan əvvəl məktəblilər və tələbələrin rəqəmsal cihazlarını qorumaq üçün bir neçə addım atmağı tövsiyə edirlər:

Yeniləmələri quraşdırın. Cihazlarda əməliyyat sistemləri və proqramların ən son versiyalarla işlədiyinə əmin olun. Yeniləmələr kibercinayətkarlar tərəfindən istifadə edilə bilən boşluqları aradan qaldırır.Valideyn nəzarətini qurun. Onlar uyğun olmayan məzmuna girişi məhdudlaşdırmağa və uşağın internetdə keçirdiyi vaxtı tənzimləməyə kömək edir.Ayrı-ayrı hesablar yaradın. Məktəbli və ya tələbə üçün məhdud giriş hüquqları ilə ayrıca profil yaratmaq daha yaxşıdır.Şifrələrin etibarlılığını yoxlayın. Cihazlarda və onlayn xidmətlərdə şifrələri yeniləyin, ikifaktorlu autentifikasiyadan istifadə edin.Təhlükəsizlik həlli quraşdırın. Antivirus və xüsusi anti-fişinq xidmətləri kiberhücumların qarşısını almağa və şəxsi məlumatları qorumağa kömək edəcək.Uşağa rəqəmsal savadlılığı öyrədin. Şübhəli e-poçtları və linkləri necə ayırd etməyi və şəxsi məlumatları onlayn olaraq kənar şəxslərlə paylaşmağın niyə yolverilməz olduğunu izah edin.

"Hər yeni dərs ili təkcə yeni biliklərlə deyil, həm də rəqəmsal mühitdə yeni çağırışlarla gəlir. Məktəblilərin rəqəmsal cihazları sosial mühəndislik və texniki fəndlərdən istifadə edən kibercinayətkarlar üçün cəlbedici hədəfə çevrilir. Valideynlərin dərslik və ya cədvəl seçimində olduğu kimi cihazların təhlükəsizliyinə də diqqət yetirmələri çox vacibdir. Azərbaycanda uşaqlar təhsil üçün smartfon və noutbuklardan getdikcə daha fəal istifadə edirlər və bununla birgə kibercinayətkarların gənc auditoriyaya marağı artır. Buna görə də valideynlərin vəzifəsi təkcə övladını məktəbə hazırlamaq deyil, həm də onların rəqəmsal mühitinin təhlükəsizliyinə diqqət yetirməkdən ibarətdir. Əsas tədbirlər - yenilənmələr, güclü şifrələr, ikifaktorlu autentifikasiya və təhlükəsizlik həlləri təhsil üçün təhlükəsiz mühit yaradaraq məlumatların və qadcetlərin qorunmasına kömək edəcək”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
bizimyol.info

1Mənbələr