Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Şərq-Qərb nəqliyyat dəhlizininAzərbaycan hissəsi üzrə yük dövriyyəsinin həcmi 3,292 milyardton-km olub.
Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə42,3 milyon ton-km və ya 1,3% çoxdur.
Belə ki, 2024-cü ilin ilk 6 ayında Şərq-Qərb nəqliyyatdəhlizinin Azərbaycan hissəsi üzrə yük dövriyyəsinin həcmi 3,249milyon ton-km olmuşdu.
Sözügedən nəqliyyat dəhlizi üzrə yük dövriyyəsinin 2,117 milyardton-km hissəsini tranzit yüklər təşkil edib ki, bu da ötən ilin ilk6 ayındakı göstəriciyə nisbətən 36,9 milyon ton-km və ya 1,8% artımdeməkdir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanərazisindən keçən dəhlizlər çərçivəsində dəmir yolu və dəniznəqliyyatı ilə yük daşımalarından 260,804 milyon manat gəlir əldəolunub. Bu ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 15,4milyon manat və ya 5,6% azdır.