AZ

HƏMAS-ın yüksək vəzifəli şəxsi öldürülüb

İsrailin Müdafiə Ordusu HƏMAS-ın ümumi təhlükəsizlik aparatının rəhbərinin öldürüldüyünü bəyan edib.

Bakues.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“HƏMAS-ın ümumi təhlükəsizlik aparatının rəhbəri Mahmud əl-Əsvad Qəzza zolağının qərb bölgəsində öldürülüb”, – məlumatda qeyd olunub.

Mətbuat xidmətindən o da bildirilib ki, ordu HƏMAS-ın infrastruktur obyektlərini məhv etməyə davam edir.

Seçilən
5
8
icma.az

9Mənbələr