AZ

İran AEBA rəhbəri Rafael Qrossini öldürmək istəyir?

Qrossi İran təhdidlərinə qarşı 24 saat mühafizə altındadır.

Ulusal.az xəbər verir ki, BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) rəhbəri Rafael Qrossi İranla bağlı konkret təhlükə ilə bağlı kəşfiyyat məlumatı aldıqdan sonra Avstriya kəşfiyyat xidmətləri tərəfindən 24 saatlıq mühafizə altındadır. Qeyd olunur ki, iyunun sonundan Qrossini ciddi təhlükələrdən qorunmaq üzrə ixtisaslaşan elit Kobra bölməsi qoruyur.

İran Qrossini iyun ayında İsraillə 12 günlük müharibəyə başlamaqda ittiham edərək, onun İranın nüvə proqramı ilə bağlı hesabatlarının qərəzli olduğunu və İranın nüvə fəaliyyətləri ilə bağlı əsassız qorxular yaydığını bildirib. İranın yüksək rütbəli məmurları onun mühakimə olunaraq vəzifəsindən uzaqlaşdırılmasına çağırıblar, “Kayhan” qəzeti isə Qrossini İsrail casusu adlandırıb və onun saxlanılıb edam edilməsinə çağırıb.

Seçilən
22
moderator.az

1Mənbələr