AZ

Ukraynalı qadın Eyfel qülləsi yaxınlığında zorlanıb

Avqustun 26-na keçən gecə Parisdə Eyfel qülləsi yaxınlığında 32 yaşlı ukraynalı qadına təcavüz edilib.

XəzərNews.az xəbər verir ki, məlumatı Le Parisien yayıb.

Bildirilir ki, şübhəli şəxs qadını zorla kolun arxasına sürükləyib və ona cinsi təcavüz edib.

Hər ikisinin sərxoş olduğu qeyd edilib.

Yaxınlıqdakı polis patrulu qurbanın qışqırıqlarını eşidib. Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi hadisə yerində həbs ediblər.

Eyni zamanda, onun yanında heç bir sənəd olmayıb. O, özünü 17 yaşlı liviyalı kimi təqdim edib və onun şəxsiyyəti müəyyənləşdirilir.

Prokurorluq qadının yenidən dindiriləcəyini bildirib, çünki “zərərçəkmiş fransız dilini bilmir və polis müdaxiləsi zamanı sərxoş olub”.

Le Parisien qeyd edib ki, hər il təxminən 6 milyon turistin ziyarət etdiyi Eyfel qülləsinin ətəyində cinsi zorakılıq halları tez-tez baş verir.

Xəbər 1 dəfə oxunub.
Seçilən
56
14
xezernews.az

10Mənbələr