Azərbaycan lideri İran Prezidenti ilə eyni dildə danışdıqlarını, tərcüməçiyə ehtiyaclarının olmadığını qeyd edib.
Xezerxeber.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.
Dövlət başçısı İran Prezidentini çox istedadlı insan kimi xarakterizə edib.