AZ

Trampın “iqtisadi müharibə” bəyanatı: Yeni eskalasiya mərhələsi?

ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampın Rusiya ilə “iqtisadi müharibəyə” hazır olması barədə açıqlaması Qərb-Rusiya münasibətlərində yeni gərginlik mərhələsinin başlaya biləcəyini göstərir. İndiyədək tətbiq olunan sanksiyalar Moskvanın iqtisadiyyatına ciddi təsir etsə də, tam nəticə verməyib. Bu səbəbdən Trampın mövqeyi daha sərt iqtisadi məhdudiyyətlərin gündəmə gələ biləcəyini ehtimal etdirir.

Əgər ABŞ və onun müttəfiqləri yeni sanksiyalar paketlərini işə salsalar, xüsusilə enerji ixracı, maliyyə bazarları və yüksək texnologiyalara çıxış sahəsində Rusiya daha güclü təzyiqlərlə üzləşə bilər. Bu isə ölkənin iqtisadi sabitliyini riskə ata, inflyasiyanı artıraraq sosial gərginlik yarada bilər.

Lakin Moskva artıq uzun müddətdir Qərbin sanksiya təzyiqlərinə qarşı alternativ iqtisadi siyasət yürüdür. Çin və Hindistan kimi böyük bazarlara yönəlmək, regional ticarət bloklarında iştirakını artırmaq və enerji resurslarını strateji silah kimi istifadə etmək Rusiyanın cavab variantları arasında yer alır.

Bu mənzərədə qlobal nəticələr də diqqətdən qaçmır. Enerji qiymətlərində mümkün dalğalanmalar, beynəlxalq ticarətdə gərginliklər və maliyyə bazarlarında qeyri-sabitlik ehtimalı böyükdür. Trampın bəyanatı göstərir ki, Rusiya-Ukrayna münaqişəsi yalnız hərbi planda deyil, həm də iqtisadi cəbhədə genişlənə bilər və bu, beynəlxalq sistemdə balansların dəyişməsinə səbəb ola bilər.

Ruslan Zəngəzur

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
bakivaxti.az

1Mənbələr