Demokrat.az bildirir ki, bu sözləri Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib: “Biz sülh sazişinin layihəsini təqdim etdik. Əslində, avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır”.
Dövlət başçısı qeyd edib ki, danışıqlar bir neçə il davam etdi və nəhayət Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdı: “Mən hesab edirəm ki, bu, münaqişənin, müharibənin sonudur. Formal olaraq sülh sazişinin imzalanmamasının bir xüsusi səbəbi var – Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcuddur. Bildiyimiz qədər, onlar həmin müddəaya dəyişiklik edəcəklər. Elə ki, bu dəyişiklik olundu, yəni, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar onların konstitusiyasından çıxarıldı, formal sülh sazişi də imzalanacaq”.
10Mənbələr
-
yeniazerbaycan.comQarşıdurmanın və gərginliyin sonu ( 20909497)
-
sesqazeti.azQarşıdurmanın və gərginliyin sonu ( 20895739)
-
yeniazerbaycan.comSülhün və sabitliyin qorunması üçün vacib anlaşma ( 20846131)
-
aia.az44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ədaləti, beynəlxalq hüququ və öz ləyaqətini bərpa etdi, torpaqlarını geri qaytardı ( 20822677)
-
sesqazeti.azSülhün və sabitliyin qorunması üçün vacib anlaşma ŞƏRH ( 20821159)
-
aia.azSülhün və sabitliyin qorunması üçün vacib anlaşma ( 20819149)
-
azvision.azAzərbaycan lideri İrəvana xəbərdarlıq edib ( 20743878)
-
demokrat.az“Ermənistan bu dəyişikliyi etdikdən sonra sülh sazişi imzalanacaq”— Prezident ( 20739858)
-
leqal.infoPrezident: Avqustun 8-də Vaşinqtonda baş verən hadisələr, əslində, qarşıdurmanın və gərginliyin sonu deməkdir ( 20739630)
-
cebheinfo.azDövlət başçısı Ermənistana xəbərdarlıq etdi ( 20737719)