AZ

Bu kolbasaları almayın! Eks deputatdan çağırış

Tribuna portalından verilən məlumata əsasən, ain.az bildirir.

Keçmiş deputat, təhsil eksperti Etibar Əliyev yerli istehsal olan sosis və kolbasa məhsullarının keyfiyyətindən narazılığını bildirib.

Tribunainfo.az xəbər verir ki, sabiq deputat məşhur kolbasa və sosislərin marka adlarını çəkərək tənqid edib.

“Sosiska, kolbasa düzəldə bilmirlər. Sosiskanı suya atırsan, qaynama anında yarı bölünür və şişir. Ancaq ad seçməkdə yaman zirəkdirlər: “Cənnət”, “Manqalüstü”, “Ovqat”, “Hicaz”, “Halal” və s.

Yaxşı sosiska düzəldin, donuz əti də qatın, lap istəyirsiniz adını “Cəhənnəm” də qoyun, ancaq insanların dadbilmə hissiyatını korşaltmayın”.

Gülşən Rəsul

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
2
tribunainfo.az

3Mənbələr