AZ

Turizm rəsmisi: "Azərbaycan zəngin və müxtəlif turizm təkliflərini bir arada təklif edir"

Azərbaycanın turizm baxımından cəlbediciliyinin artmasının əsas səbəblərindən biri ölkənin zəngin və müxtəlif turizm təkliflərinin bir arada təqdim edilməsidir.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Cavanşir Bayramov bildirib.

Onun sözlərinə görə, Azərbaycan həm mədəni, həm macəra, həm sağlamlıq, həm də işgüzar turizm sahəsində geniş imkanlara malikdir: “Çinli turistlər üçün vacib amillərdən biri ölkəmizdəki stabillik və təhlükəsizlikdir. Digər mühüm amil isə Çində həyata keçirilən təbliğat işləridir. Biz həm B2B, həm də B2C istiqamətlərində aktiv fəaliyyət göstəririk – sərgilərdə iştirak edir, "roadshow"lar təşkil edirik, sənaye nümayəndələrini Azərbaycana dəvət edərək onlara turizm məhsullarımızı təqdim edirik. Eyni zamanda Çinin aparıcı onlayn platformaları, tur operatorları və sosial şəbəkələri ilə əməkdaşlıq edirik”.

Turizm rəsmisi qeyd edib ki, turizm sənayesi bu tələbatı qarşılamağa hazırlaşır: “Artıq bir çox şirkət və hotellərdə çin dili bilən əməkdaşlar çalışır. Bundan başqa, tədbirlərdə tərcüməçi xidmətlərinin göstərilməsi ilə dil baryerinin aradan qaldırılmasına dəstək veririk”.

Seçilən
39
report.az

1Mənbələr