AZ

“Azeri Light” markalı neftin qiyməti 69,30 ABŞ dollarına düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,43 ABŞ dolları və ya 0,62% azalaraq 69,30 ABŞ dolları təşkil edib. 

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” neftinin qiyməti 0,40 ABŞ dolları və ya 0,59% azalaraq 67,76 ABŞ dollarına enib.

Eyni zamanda, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti hərraclarda 67,44 ABŞ dolları səviyyəsində müəyyən olunub.

Azərbaycanın 2025-ci il dövlət büdcəsində neftin orta illik qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.

 “Azeri Light” neftinin minimal qiyməti 2020-ci il aprelin 21-də – 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda – 149,66 ABŞ dolları olub. Azərbaycan nefti əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku çərçivəsində hasil olunur. Layihədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65%-dir.

Seçilən
20
5
anews.az

10Mənbələr