Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində yenidən qurulan Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı göndərilib.
Doğru.az xəbər verir ki, bu mərhələdə kəndə 104 ailə – ümumilikdə 370 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər dövlətin hərtərəfli qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar həmçinin Azərbaycan Ordusuna və şəhidlərimizə minnətdarlıqlarını ifadə ediblər.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, burada aparılan layihələrdə çalışan, dövlət qurumlarında xidməti vəzifələrini yerinə yetirən, həmçinin yenidən fəaliyyətə başlayan səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye və energetika müəssisələrində işləyən 50 mindən çox insan yaşayır.
DOĞRU.AZ