Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab matçlarına start veriləcək.
Tribunainfo.az xəbər verir ki, ilk oyun günündə cəmi bir görüş keçiriləcək.
“AEK Larnaka” doğma meydanda “Brann” ilə üzləşəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
Qeyd edək ki, tərəflər arasında keçirilən ilk görüş Norveç təmsilçisi “Brann”ın 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.
27 avqust
UEFA Avropa Liqası
Pley-off mərhələsi
Saat 20:30, “AEK Larnaka” – “Brann” (ilk oyun – 1:2).