AZ

Qarabağ qazisindən nazir Anar Əliyevə MÜRACİƏT Bizi dövlətdən soyutmayın...

ain.az, Hurriyyet portalına istinadən məlumat verir.

Goraboy rayonu, Səfikürd kənd sakini Əliyev Mansur Kərəm oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyevə müraciət edir:

"Cənab Nazir!

Mən, Əliyev Mansur Kərəm oğlu, Goraboy rayonun Səfikürd kəndində yaşayıram. Goranboy rayonu Hərbi Səfərbərliyindən 1992-1997 ci illərdə hərbi xidmətə çağrılmışam. 1994- cü ildə Goranboy uğrunda gedən döyüşlərdə yaralanmışam. Müharibə veteranıyam.

Məşğulluq İdarəsinə müraciət etmişəm. Maldarlıq təsərrüfatına növbəyə yazılmışam. Bankdan kredit götürüb təsərrüfat üçün balaca bir dam tikmişəm, ot almışam. 

Növbə reyistirinə baxıram ki, 469-cü növbədəyəm. Məşqulluqdan deyirlər ki, bir ildə 113 nəfərə bölgü düşür. Mən neçə il gözləməliyəm. Bu, biz döyüşçülərə qarşı haqsızlıq deyilmi?

Hörmətli Anar Əliyev!

Xahiş edirəm, veteran olduğumu nəzərə alıb mənim növbəmin tezləşməsinə kömək edəsiniz. Xatırladım ki, müharibədə aldığım kantuziya və digər problemlərimə görə heç yerdə işləyə bilmirəm. Xahiş edirəm köməklik göstərin, biz müharibə iştirakçılarını dövlətdən, vətəndən soyutmayın". 

Jalə FAMİLQIZI

Hurriyyet.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
hurriyyet.az

2Mənbələr